Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 13:18
Aparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova sosial şəbəkədə əsgərlikdə olan övladının fotosunu yayımlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, tanınmış cütlüyün paylaşımına bir çoxları təriflər yazsa da, qarğış edənlər də olub.
İzləyicilərindən biri şəklə "Sağ gedib, şəhid gəlsin. Şəhidlərdən artıq deyil ki... Harda saxlatmısan uşağı, neçə min saymısınız... Varlının uşağı nə edir, kasıbın balası şəhid olur" sözlərini yazıb.
Zülfiyyə övladına qarğış yazanların şərhini paylaşaraq "Görün nə qədər murdar insanlar var həyatda. Oğlumun şəklini paylaşmışam ki, əsgər gedir. Bunun altından yazdığı şərhə baxın. Ayıb..." sözləri ilə tənqid edib.