Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir-birimizdən ağlaya-ağlaya ayrılmışdıq''

''Bir-birimizdən ağlaya-ağlaya ayrılmışdıq''

Tarix: 9 Iyun 2020 14:05

Eşq mənim üçün çoxşaxəlidir. İlk qaranlıqda yol tapmağımıza səbəb olan sevgi Allah eşqidir. Eşq və sevgi bir almanın iki yarısıdır. İnsan qarşı cinsə aşiq olduğu anda bir neçə nəfəri sevə bilər. Eşqin qolları var: anaya, ataya, bacıya... Aşiq olmaq fərqlidir, kor olmaq deməkdir. Eşqin ömrü iki ildir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İradə İbrahimova İnstaqramda canlı yayımda deyib. Psixoloq Kənan Rəhimovun suallarını cavablandıran sənətçi sevgidən danışıb.

O bildirib ki, ailə qurduqdan sonra sevgi iki ildən sonra bitir:

"Ağlıma gəlməzdi ki, 2011-ci ildə tanış olduğum biri ilə 2003-cü ildə sevgili olacam və 2009-cu ildə ailə quracam. Ailəm qürbətdə birinə ərə verməyə razı deyildi. Adi bir insan deyildim, risk etdim. Yoldaşım üçün fədakarlıq etdim. Qadın kişidən bir addım geridə gəlməlidir. Ailəmdə belə öyrətdilər: kişinin sözü keçər. Adətlə yaşayan ənənələrdə bu hal var. Əminəm ki, yoldaşım da mənim yerimdə olsaydı fədakarlıq edərdi.

Bir-birimizi gözəl sevmişik: məsafəli, ağır... Bir-birimizdən ağlaya-ağlaya ayrıldığımız, gözəl görüşdüyümüz anlar yaşadıq. Bizim yaşadığımız sevgi, yazılan məktublarımız var. Sonda qərar verdik ki, bu münasibəti ciddiləşdirək və evləndik.

Sevgi o qədər önəmlidir ki... Sevginin açmadığı qapı yoxdur. Onsuz yaşamaq mümkün deyil. Sevgi vicdana, mərhəmətə dayanır".

Qeyd edək ki, Ceyhun İzər adlı Türkiyə vətndaşı ilə ailə quran İ.İbrahimovanın iki övladı var.


Etiketlər:  birimizdən ağlaya ağlaya ayrılmışdıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ