Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tərk edilmiş" Windows 7 dünyada ən populyar ikinci əməliyyat sistemi olaraq tanınıb

Tarix: 9 Iyun 2020 22:48

Əlbəttə ki, ilk pillədə Windows 10 qərarlaşıb.

NetMarketShare analitik şirkətinin araşdırmasına əsasən, Windows 7 dünyada ən populyar ikinci kompüter əməliyyat sistemi kimi tanınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2009-cu ildə istifadəyə verilən Windows 7 bazarın 24.28%-nə sahib olaraq, ikinci yerdə qərarlaşıb.

Gözlənildiyi kimi, cədvəlin birincisi Windows 10 olub. Sözügedən əməliyat sistemi dünyanın 57.83% kompüterində quraşdırılıb. Üçüncü və dördüncü yerlər müvafiq olaraq 3.04 və 2.46% ilə Windows 8.1 və macOS 10.14 tutub.

Maraqlıdır ki, şirkət nümayəndələri də bir il əvvəl Windows 7-nin dünya üzrə kompüterlərin təxminən 35%-nə sahib olduğunu söyləmişdilər.

Milli.Az


Etiketlər:  Tərk edilmiş Windows 7 dünyada ən populyar ikinci əməliyyat sistemi olaraq tanınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ