Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ronaldu və Dibalanı birlikdə oynatmaq asan deyil" - Sarri

Tarix: 11 Iyun 2020 16:48

"Yuventus"un baş məşqçisi Maurissio Sarri komandanın hücumçuları Kriştianu Ronaldu və Paulo Dibalanı birgə oynatmağın çətinliyindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,o, bununla bağlı deyib:

"Dibala fenomenal oyunçudur. Yeganə çətinlik onun və Ronaldu kimi iki yaxşı oyunçunun birlikdə oynatmağın asan olmamasıdır. Ancaq onlar həmişə vəziyyəti dəyişdirə bilirlər. Onlardan eyni anda istifadə etmək taktiki baxımdan  asan deyil. Buna baxmayaraq, komandada belə keyfiyyətlərə sahib iki oyunçu olduqda, qalan futbolçular həm hücumda, həm də müdafiədə oynayarkən buna uyğunlaşmalıdırlar".

Qeyd edək ki, Ronaldu bu mövsüm A seriyasında 21, Dibala isə 7 qol vurub.

Milli.Az


Etiketlər:  Ronaldu Dibalanı birlikdə oynatmaq asan deyil Sarri


RƏYLƏR