Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:00
Bakı. Trend:
Bakı şəhər İcra Hakimiyyətinin dezinfeksiya etdiyi ərazilər hər dəfə artırılır.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə bu işlərə 2 minə yaxın insan ayrılır: “İcra Hakimiyyəti nəznində 11 min 415 bina mövcuddur və bu yaşayış yerlərinin blok, məhlələri və liftləri dezinfeksiya olunur. Bundan əlavə, həftə sonları genişmiqyaslı dezinfeksiya işləri aparılır ki, bu barədə mediada da məlumat verilir. Həmin ərazilər hər həftə artmaqda davam edir”.