Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində nə etməlidir? -  RƏSMİ AÇIQLAMA

Tarix: 12 Iyun 2020 18:36

İcazəsi olan şəxs etibarnamə ilə avtomobil idarə edirsə, sərt karantin günlərində də həmin avtomobili idarə edə bilər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə, şəxs etibarnaməsi olan avtomobili idarə edə bilər: "Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir. Əgər avtomobil şəxsin öz adınadırsa, amma sürücülük hüququ yoxdursa, həmin şəxs avtomobil idarə edə bilməz. Belə bir fakt aşkarlanarsa, bu, karantin qaydalarının pozulması hesab ediləcək".


Etiketlər:  Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində etməlidir RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ