Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qan qrupundan olanlar koronavirusa daha az yoluxur

Bu qan qrupundan olanlar koronavirusa daha az yoluxur

Tarix: 13 Iyun 2020 16:45

Birinci qan qrupundan olan insanlar koronavirusa daha az tutulurlar.

Sonxeber.net Big.az-a istinadən bildirir ki, bu barədə amerikalı alimlərin 23andMe saytında yerləşdirilən araşdırmasında bildirilir.

Tədqiqatda iştirak edən 750 min xəstədən 10 mini "COVID-19" diaqnozu qoyulan xəstələr olub.

Cins, çəki və yaşa uyğun olaraq aparılan araşdırma nəticəsində məlum olub ki, birinci qan qrupundan olanlar arasında koronavirusa daha az rast gəlinir.

Üçüncü və dördüncü qan qrupundan olanlar arasında isə koronavirus xəstələri daha çoxdur - 1,5 faiz. İkinci qrupda bu göstərici 1,4 faiz, birinci qruppa isə 1,3 faiz olub.

Bu nisbət həkimlər, eləcə də yoluxanlarla sıx təmasa olan digər peşə nümayəndələri arasında daha aydın müşahidə olunub: dördüncü qan qrupundan olanlarda - 4,1 faiz, üçüncü - 4 faiz, ikinci - 3,9 faiz, birinci isə - 3,2 faiz.


Etiketlər:  qrupundan olanlar koronavirusa daha yoluxur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ