Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar 10 min dollarlıq turnirin qalibi oldu

Şəhriyar 10 min dollarlıq turnirin qalibi oldu

Tarix: 14 Iyun 2020 18:44

Birləşmiş Ərəb Əmirliklərinin Şərcah şəhərində təşkil olunan onlayn blits şahmat üzrə turnir başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 10 min ABŞ dolları mükafat fondu olan "World stars" turnirinin qalibi adına Şəhriyar Məmmədyarov yiyələnib.

Azərbaycan yığmasının lideri 10 mümkün xaldan 7,5 xal toplayıb. Hindistanlı Pentala Harikrişna 6,5 xalla 2-ci olub. İlk "üçlüy"ü polşalı Radoslav Voytaşek qapayıb - 6 xal.

Qeyd edək ki, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Amin Bassem (Misir) və Salem Saleh (BƏƏ) kimi tanınmış qrossmeysterlər də qüvvəsini sınayıb.

Milli.Az


Etiketlər:  Şəhriyar 10 min dollarlıq turnirin qalibi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ