Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 14:00
Bakı. Trend:
Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.
C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.