Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftçalada içməli su probleminin həlli üçün işlər aparılır - İcra başçısı

Neftçalada içməli su probleminin həlli üçün işlər aparılır - İcra başçısı

Tarix: 16 Iyun 2020 16:10

Bakı. Samir Əli - Trend:

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov son günlər rayonda yaşanan içməli su problemi ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, icra başçısı bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: “Əsas işlərdən biri də ekoloji problemin aradan qaldırılmasıdır. Bildiyiniz kimi, dəniz suyunun Kür çayına qarışması nəticəsində çayda şorlaşma müşahidə edilib. İcra Hakimiyyəti tərəfindən yaradılmış Operativ Qərargah tərəfindən hər gün monitorinqlər aparılır. Bugünkü göstəricilərdə normalar ümumi normadan 5-6 dəfə yuxarıdır”.

İcra başçısı qeyd edib ki, hazırda Neftçala rayonunun mərkəzi və 7 kəndin içməli su təminatı ilə bağlı əraziyə texnikalar cəlb edilib: "Həmin texnikalar vasitəsilə əhaliyə gündəlik içməli su verilir".


Etiketlər:  Neftçalada içməli probleminin həlli üçün işlər aparılır İcra başçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ