Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 21:40
Elon Musk uzun illər ərzində malların daşınması üçün nəzərdə tutulmuş elektrikli yük maşını olan Tesla Semi-nin konsepsiyasını düşündü. Hazırda məlum olub ki, avtomobil layihəsi istehsal mərhələsinə keçid edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Musk işçilərə göndərdiyi elektron məktublarda Tesla Semi-ni istehsal etməyin vaxtı gəldiyini bildirib.
"Tesla Semi-ni həcmli istehsala çıxarmağın vaxtıdır. O, məhdud istehsalda olduğu müddətdə dizaynın bir çox aspektlərini təkmilləşdirməliyik", - deyə E.Musk qeyd edib.
Məlumata görə, akkumulyatorlar və digər elementlər Nevada şəhərində Tesla fabrikində istehsal olunacaq.
Xatırladaq ki, bir neçə ay öncə Elon Musk Semi avtomobilinin əvvəlcədən planlaşdırıldığı kimi cari ildə deyil, 2021-ci ildə istifadəyə veriləcəyini deyib.