Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 22:52
Məhsulları ilə dünyanın ən qiymətli şirkətləri arasında yer alan Apple bazar dəyəri ilə təəccübləndirir. Sadəcə bir hissəsi ilə 352,05 dollar qazana bilən ABŞ şirkəti, COVID-19 virusunun yayılmasına baxmayaraq, gəlirlərini artırır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, dünən səhm qiymətlərinin 3,16 faiz artımının şahidi olan Apple bu gün təxminən 3 faiz böyümə əldə etdi.
Bu ardıcıl artımlar texnologiya nəhənginin bazar dəyərini əvvəllər görülməmiş bir səviyyəyə qaldırıb. Məlumata görə, Apple bazar dəyəri 1,53 trilyon dollar olan ilk ABŞ şirkəti olaraq tarixə adını yazdırıb.