Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 13:00
Bak. Rufiz Hafizoğlu -Trend:
Ankara, İstanbul və Bursa vilayətində koronavirusuun yayılmasında kəskin artım müşahidə edildiyi üçün, qoruyucu maskalardan istifadə məcburiləşdirilə bilər.
Trend-in məlumatına görə, bu məsələ artıq Səhiyyə Nazirliyinin gündəliyindədir və yaxın vaxtlarda qərar veriləcək.
Qeyd edək ki, Türkiyədə artıq koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan edilib.
Son məlumata görə, Türkiyədə koronavirus yoluxanların sayı 181 298 nəfər, sağalanların sayı isə 153 379 nəfərdir.