Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Analitiklərin “Əşyalar interneti” bazarı üzrə proqnozu ürəkaçan deyil

Analitiklərin “Əşyalar interneti” bazarı üzrə proqnozu ürəkaçan deyil

Tarix: 20 Iyun 2020 10:42

“International Data Corporation” (IDC) analitik şirkəti qlobal “Əşyalar interneti” (IoT) bazarı ilə bağlı proqnozunu aşağı salıb və bunu “COVID-19” koronavirus pandemiyasının iqtisadi nəticələri ilə izah edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər 2020-ci ildə “Əşyalar interneti” həlləri üzrə qlobal xərclərin 14,9% artacağını gözləyirdilərsə, indi bu göstərici 8,2%-ə bərabərdir. Bunu nəzərə alaraq baxılan bazarın həcmi 742 milyard dollar təşkil edə bilər. Analitiklər yaxın vaxtlarda ildə 11,3% artım proqnozlaşdırır.

 

Koronavirusa görə İT bazarının bir çox sektorları zərərə məruz qalıb. Pandemiya istehsal işinin pozulmasına və tədarük kanallarında fasilələrə səbəb olub. Şirkətlər öz əməkdaşlarını evdən iş rejiminə keçirmək məcburiyyətində qalıblar.

 

“Əşyalar interneti” texnologiyalarına xərclər üzrə ən zəif dinamika şəxsi və istehlak xidmətləri (bura mehmanxanalar, kazino, kinoteatrlar və s. daxildir) seqmentində gözlənilir. 2020-ci ilin nəticəsinə görə diskret istehsal (4,3%), neft-qaz ( 5%) və nəqliyyat ( 5,7%) sahələrində çox da yüksək olmayan artım gözlənilir.

 

Cari ildə “Əşyalar interneti” texnologiyalarına xərclər üzrə ən güclü artım səhiyyə, sığorta və təhsil sahələrində (müvafiq olaraq 14,5%, 12,3% və 11,9%) qeydə alınacaq.

 

Regional baxımdan 2020-ci ildə “Əşyalar interneti” bazarında xərclərin təxminən 75%-i Çin, ABŞ və Qərbi Avropanın payına düşəcək. Yaxın Şərq və Afrika ölkələrində illik dinamika 19%, Mərkəzi və Şərqi Avropa ölkələrində 17,6%, Latın Amerikasında isə 15,8% təşkil edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Analitiklərin Əşyalar interneti bazarı üzrə proqnozu ürəkaçan deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ