Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 15:27
Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün müxtəlif pəhriz saxlamağa başlayırlar.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, pəhriz və idmanla yanaşı bu meyvələri yemək piylərin tez əriməsinə kömək olacaq.
Yayda sizləri arıqladacaq 11 meyvənin siyahısını təqdim edirik:
Çiyələk - həm C vitamini ilə zəngindir, həm də sellülitləri yox edir.
Gilas - 20 ədəd gilas bir aspirini əvəzləyir. Tərkibindəki E və C vitaminləri piylərin əriməsinə, sağlam arıqlamağa kömək olur.
Şaftalı - Metobolizmi gücləndirir, həzmi yaxşılaşdırır. Tərkibi C, A və B3 vitamini ilə zəngindir.
Alma - arıqlamaq üçün yaşıl alma ən gözəl vasitədir. Tərkibindəki vitaminlər piyləri əridir.
Ərik - Tərkibindəki vitaminlər və minerallar yağları əridir. Bu meyvə həm də sellülit yaranmasının qarşısını alır.
Əncir - Tərkibindəki şəkər insanı tox tutar, iştahı kəsər.
Böyürtkən - 8-10 ədədi 58 kaloridir. B1, B2, C vitamini ilə zəngindir. Sellülit əmələ gəlməsinin qarşısını alır.
Moruq - sellülit yaranmasının qarşısını alır.
Qarpız - Sellülitin düşmənidir. Amma onu miqdarından artıq yemək olmaz.
Manqo - Tərkibindəki C vitamini yağları əridir.
Alça - C və A vitamini ilə zəngindir. Yüksək antioksidant özəlliyi olan alça həmçinin, detoks kimidir. Həzmi yaxşılaşdırır.