Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YouTube music-in yeni funksiyası istifadəyə verildi

YouTube music-in yeni funksiyası istifadəyə verildi

Tarix: 20 Iyun 2020 23:16

YouTube music-in yeni funksiyası istifadəyə verilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeniliklər hələlik yalnız Android istifadəçilərinin ixtiyarına verilib. Gələcəkdə isə əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

Yeniliklərdən sonra əsas səhifədə xeyli dizayn dəyişiklikləri olub. Daha bir dəyişiklik isə bəyənə biləcəyiniz musiqilər qutusunun əlavə olunması ilə bağlıdır. İstifadəçilər ekranı aşağı çəkərək bəyəndikləri ifaçının digər musiqilərini də görə biləcəklər.

Qeyd edək ki, yenilik tətbiqin 3.65 versiyasını istifadə edənlərə şamil olunur.


Etiketlər:  YouTube music yeni funksiyası istifadəyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ