Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 19:06
Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonu, Xocasən qəsəbəsində 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:20
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.
Trend bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.
XXX
17:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə evrilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.