Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 18:39
Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır. Lakin bu dəqiq elmi fakt deyil.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, son zamanlar geniş yayılmış ürək genişlənməsi diaqnozu tibdə hipertrofiya adlanır. "Həkim, niyə ürəyim genişlənib, böyüyüb, mən infarkt olacam" deyə soruşursuzsa, sizə ürək böyüməsinin səbəblərini təqdim edirik:
- Müntəzəm fiziki, ağır işlər, peşəkar idmançılarda ürək genişlənir. Bəzən bu normal olsa da, yenə də ürək üçün faydalı deyil. Belə ürəyi olanlar müxtəlif səbəb və stresdən digər ürək xəstəliklərinə tutula bilərlər.
- Ürəyin böyüməsinin digər səbəbləri hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri böyüyür və nəticədə ürək də böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər.
- Piylənmə, artıq çəki ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri, pnevmoniya, ağır öskürək, bronxit, astma ürəyin böyüməsinə səbəb ola bilər.
Ürək genişlənməsini vaxtında aşkar etdikdə, müalicə ilə ağırlaşmaların qarşısını alır.