Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 20:40
Almaniya Futbol Liqası "Union Berlin" klubunu və iki futbolçusunu cəzalandırıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
Klubun cəzalanmasına Bundesliqanın 32-ci turunda "Paderborn"u məğlub etdikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi səbəb olub.
"Union Berlin"in iki futbolçusu - Kristofer Trimmel və Şeraldo Bekker də cəzalandırılıb. Hər iki futbolçu koronavirus testi verəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.