Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 21:16
ABŞ Prezidenti Donald Tramp ilə Tvitter arasındakı gərginlik getdikcə artmaqdadır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, platformadan D.Trampın paylaşdığı videoya "Dəyişdirilmiş media" xəbərdarlığı gəlib.
Tvitterin ilk dəfə D.Tramp tərəfindən paylaşılan postu bu şəkildə işarələdiyi bildirilir.
Onu da qeyd edək ki, platforma bu məsələdə haqlı görünür. Çünki paylaşılan kontentin manipulyasiya edildiyi vurğulanır.
Xatırladaq ki, bundan əvvəl D.Trampın paylaşımı Tvitter tərəfindən ilk dəfə "yanıldıcı kontent" olara işarələnmişdi. Priezident isə öz növbəsində Tvitteri ifadə azadlığını boğmaqda günahlandırmışdı. Daha sonra, o, sosial media şirkətləri üçün yeni qaydalar qoyulacağını, yaxud bəzi şəbəkələrin tamamilə qapadılacağını bəyan etmişdi. Tvitter isə Trampın açıqlamasının ardınca Minnesota hadisələrilə bağlı yazdığı tviti "şiddət dəstəkli" olduğu iddası ilə gizləmişdi.