Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 22:16
Google 2025-ci ilə qədər şirkət işçilərinin müxtəlif etnik və irqi qruplarından olan rəhbər şəxslərin sayını 30% artıracaq. Hazırda Google-un ABŞ filialında rəhbər vəzisində çalışan insanların 96%-i ağdərilər və ya asiyalılardır, regional ofislərdə menecerlərin 73%-i kişilərdir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, namizədlərin işə götürülməsi xarici əmək bazarına keçəcək.
Google, Silikon Vadisindən olan digər şirkətlər kimi, artıq işə götürmə prosesini rekrutinq şirkətləri və ya daxili metod vasitəsilə həyata keçirir. Bu, kənar insanların vakansiyalar barədə məlumat almağına imkan vermir.
İşə qəbul edərkən Google, həmçinin irqi ayrıseçkiliyi də aradan qaldıracaq.
Hazırda afroamerikalı əməkdaşlar şikayət edirlər ki, onlar müsahibə zamanı daha ciddi şəkildə yoxlanılırlar. Google bu mübahisəli vəziyyəti aradan qaldırmaq niyyətindədir.
Bundan əlavə, şirkət qaradərili sahibkarlar üçün 150 milyon ABŞ dolları ayırmağı planlaşdırır.