Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı: Bu dərmanları qəbul edənlər təhlükədədir

Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı: Bu dərmanları qəbul edənlər təhlükədədir

Tarix: 24 Iyun 2020 06:15

Kortikosteroid hormonlu dərmanlar qəbul edənlər koronavirus üçün ciddi risk faktorudur.

Sonxeber.net xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.

Professor koronavirusa yoluxma riski daşıyan kateqoriyalara bu xəstəlikləri aid edib: "Nəzarətsiz hipertəzyiq, ağciyər, şəkər, qaraciyər, böyrək kimi xroniki xəstəliklər bu siyahının başında gəlir. Bu xəstəlikləri daşıyanlarda immun sistemi az işləyir. Bundan başqa, xərçəng xəstələri, bu xəstəlikdən müalicə alanlar immun sisteminə təsir göstərən dərmanlar qəbul etdikləri üçün risk faktoruna daxil edilib. İmmun sisteminə təsir göstərən preparatlardan istifadə etməyənlər risk qrupunda deyil. Astma qripdəki qədər koronavirusda risk təşkil etmir. Yaş faktorunu burada ciddi nəzərə almaq lazımdır".

Ümumdünya Səhiyyə Təşkilatının payızda ikinci dalğanın başlaya biləcəyinə dair açıqlamasını şərh edən professor bildirib ki, birinci dalğa hələ bitməyib: "Hazırda yaşananlar ikinci dalğa deyil, birinci dalğanın dalğalanmalarıdır. Belə epidemiyalarda düz xətlər olmaz. İkinci dalğa virusun mutasiya keçirməsi ilə başlayacaq".

M.Ceyhan payızda yoluxmaların azalacağını proqnozlaşdırır: "Bütün böyük əhalisi olan ölkələrdə heç müdaxilə edilməzsə, yoluxma aylar ərzində azalar". (publika.az)


Etiketlər:  Məşhur professor virusla bağlı KRİTİK MƏQAMLARI açıqladı dərmanları qəbul edənlər təhlükədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ