Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Prezident bu görüşlərdə çox vacib olan bir sıra sualların dəqiq cavablarını təqdim etdi''

''Prezident bu görüşlərdə çox vacib olan bir sıra sualların dəqiq cavablarını təqdim etdi''

Tarix: 25 Iyun 2020 14:51

"Cənab Prezidentin Gəncədəki çıxışı Azərbaycanın pandemiya ilə mübarizədə bu gün əldə etdiyi nəticələr və bu mübarizənin sabah hansı istiqamətlərdə və sonadək davam etdiriləcəyi ilə bağlı yetərli dərəcədə rəy yaratmaq gücünə malikdir". 

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev ötən gün 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən Prezident İlham Əliyevin nitqini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın bütün dünya dövlətləri ilə müqayisədə pandemiya ilə mübarizədə nisbətən ən yaxşı vəziyyətdə olmasının səbəbi məhz həyata keçirilən bu qabaqlayıcı və sistemli mübarizə tədbirlərinin birbaşa nəticəsidir:

"Prezidentin bu çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycanda əvvəldən pandemiya ilə mübarizə hansı bir sistem əsasında aparılır və qətiyyən şübhə yeri qalmadı ki, ölkəmizdə Preizdentin rəhbərliyi altında pandemya ilə mübarizə tədbirləri özünün ardıcıllığı, davamlılığı, məqsədyönlülüyü və qabaqlayıcı xarakter daşıması ilə seçilir. İndi artıq heç kimdə şübhə yoxdur ki, Azərbaycanın bütün dünya dövlətləri ilə müqayisədə pandemiya ilə mübarizədə nisbətən ən yaxşı vəziyyətdə olması və ən az itkilərlə indiki vəziyyətə gəlib çatması məhz həyata keçirilən bu qabaqlayıcı və sistemli mübarizə tədbirlərinin birbaşa nəticəsidir. Prezident bu görüşlərdə Azərbaycan cəmiyyəti üçün bu gün çox vacib olan bir sıra sualların dəqiq cavablarını təqdim etdi, o cümlədən karantin qaydalarının sərtləşdirilməsinin qaçılmaz və labüd olmasını, bu tədbirin keçirilməsinin əsas hədəfinin məhz Azərbaycan cəmiyyətinin sağlamlığı və rifahının yüksək səviyyədə saxlanılması ilə bağlı olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev bu çıxışda pandemiya ilə mübarizənin bundan sonra hansı prinsiplərlə və hansı ardıcıllıqla davam etdiriləcəyi barədə də aydın təsəvvür və rəy yaratdı".

Ekspert qeyd edib ki, ictimai nəzarət bütün cəmiyyətimiz üçün milli təhlükəsizlik və sağlamlıq deməkdir:

"Xüsusilə dövlət nəzarətinin daha da gücləndirilməsi və ictimai qınaq mexanizminin təsirli bir vasitə kimi işə salınması ilə bağlı Prezidentin dediklərinin cəmiyyətimiz üçün çox əhəmiyyətli olacağı şübhəsizdir. Həqiqətən məhz bu çıxışdan sonra Azərbaycanda hər bir vətəndaş özünə sual etməlidir ki, o, pandemiya ilə mübarizədə çox asan üsullara özü şəxsən nə dərəcədə əməl edir? Başqalarının da buna nə dərəcədə əməl etdiyinə nəzarət edə bilirsə, heç də çətin məsələ deyil ki, Prezidentin dediyi kimi vətəndaşlarımız küçədə sadəcə maska taxmadığını, pandemiya ilə mübarizə qaydalarına əməl etmədiyini, məsafə saxlamadığını nə üçün də irad tutmasın?! Çünki vətəndaşlarımız hər biri fərqinə varmalıdırlar ki, onu həyata keçirəcəyi bu ictimai nəzarət bütün cəmiyyətimiz üçün milli təhlükəsizlik və sağlamlıq deməkdir. Cənab Prezidentin bu çıxışda ölkənin sosial vəziyyəti ilə bağlı fikirləri də, hətta pandemiya şəraitində Azərbaycanın böyük nəticələr əldə etdiyini və kursun davam etdiriləcəyini əyani şəkildə göstərdi.

Çox dəyərli bir fikirdir ki, Prezident İlham Əliyev pandemiyanın hansı vəziyyətdə olmağından asılı olmayaraq ilin sonuna qədər Azərbaycanda əhalinin sosial rifahının və vəziyyətinin yüksək səviyyədə saxlanılacağının vacib və mümkün olduğunu vurğuladı. Bu, bir daha onu nümayiş etdirdi ki, Azərbaycanda hər hansı bir dəyişikliyin baş verməsindən asılı olmayaraq pandemiya ilə mübarizənin istiqamətləri zəifləməyib, bütün istiqamətlərdə işlər fasiləsiz olaraq davam etdirilir. Bu, bir daha nümayiş etdirdi ki, həqiqətən Azərbaycan dövlətinin siyasətinin əsas məqsədi, hədəfi insanların sağlamlığının qorunub saxlanılması, rifahının saxlanması və iqtisadiyyatın artım templərinin qorunub saxlanılmasından ibarətdir. Bu çıxış Azərbaycan cəmiyyətinin pandemiya ilə mübarizədə bundan sonrakı mərhələ üçün daha səmərəli şəkildə səfərbər alınmasında və toparlanmasında öz təsirini göstərəcək". 

Təhməz Təkin


Etiketlər:  Prezident görüşlərdə çox vacib olan sıra sualların dəqiq cavablarını təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ