Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 15:20
İspaniya La Liqasının XXXII turunda "Espanyol"la qarşılaşacaq "Real" Barselonaya ciddi itkilərlə yollanacaq.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan 5 futbolçunun xidmətindən məhrum olacaq.
Müdafiəçi Ferlan Mendi və yarımmüdafiəçi Luka Modriç sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb. Müdafiəçi Naço Fernandes, yarımmüdafiəçi Lukas Vaskes və hücumçu Luka Yoviç isə zədələrini sağaltmaqla məşğuldurlar və onlar da qarşıdakı turu buraxacaqlar.
Qeyd edək ki, "Espanyol" - "Real" oyunu iyunun 28-də keçiriləcək.