Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosmosda toy etməyə imkan verən yeni kosmik gəmi - Yerdən uzaqdakı toyun qiymətləri

Kosmosda toy etməyə imkan verən yeni kosmik gəmi - Yerdən uzaqdakı toyun qiymətləri

Tarix: 25 Iyun 2020 22:56

Artıq kosmosda toy və digər tədbirlərin təşkili mümkün olacaq. Bu, yeni kosmik gəmi vasitəsilə reallaşacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, kosmik araşdırma şirkəti World View Enterprises, Spaceship Neptune adlı kosmik gəmi vasitəsilə kosmosa yeni səyahətlər planlaşdırır. Səyahət üçün ödəniş edən insanlar bar və duş qəbul etmək üçün şəraiti olan  kabinlərdə səyahət edəcəklər.

Şirkət rəsmilərinin məlumatına görə, ümumilikdə 6 saat davam edəcək uçuş müxtəlif tədbirlər üçün də nəzərdə tutulub. Yeni kosmik gəmi kosmosda toyların keçirilməsinə də şərait yaradacaq.

Spaceship Neptune kosmik gəmisində səyahət digərləri ilə müqayisədə daha ucuz başa gələcək. Səyahətin qiyməti dəqiq açıqlanmasa da, şirkət rəsmiləri bu məbləğin bir nəfər üçün təxmini 125 min dollar olacağını söyləyirlər. Bu isə digər kosmik şirkətlərin açıqladığı məbləğin təxminən yarısına bərabərdir.

Milli.Az


Etiketlər:  Kosmosda toy etməyə imkan verən yeni kosmik gəmi Yerdən uzaqdakı toyun qiymətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ