Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 07:56
Türkmənistan öz messencer xidmətini yaratmaq qərarına gəlib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə məsələ ölkə prezidenti Qurbanqulu Berdımuhamedovun başçılığı ilə keçirilmiş hökumət iclasında müzakirə olunub.
Prezident bildirib ki, əhali arasında düzgün informasiyanın yayılması üçün müasir milli məlumat mübadiləsi sistemi yaradılmalıdır.
Bundan başqa, Q.Berdımuhamedov Türkmənistan KİV-lərinə sosial şəbəkələrdə qeydiyyatdan keçməyi və dünya ictimaiyyətinə ölkənin iqtisadi sahələrdə qazandığı uğurlar barədə məlumatları çatdırmağı tapşırıb.