Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldoya istirahət lazımdır? – Sarrinin cavabı

Ronaldoya istirahət lazımdır? – Sarrinin cavabı

Tarix: 27 Iyun 2020 15:04

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri hücumçuları Kriştiano Ronaldonun hazırkı durumunu şərh edib.

Dünən A seriyasının “Leççe”yə qarşı oyununda (4:0) portuqaliyalı penaltidən qol vurub və 2 qolun ötürməsini edib.

Qol.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Sarri 35 yaşlı oyunçuya istirahətin verilməsinin mümkünlüyü barədə sualı belə cavablandırıb: “Hazırda o, sabit oynamağa qadirdir. Hər oyundan- oyuna Ronaldonun forması daha da yaxşılaşır. Ola bilər ki, yorulub. Amma oynamaq onun xoşuna gəlir. Əlbəttə, uzaq perspektivdəki bir neçə matçda Ronaldoya istirahət lazım olacaq. Zamanı gələndə, o, istirahətin ona vacib olduğunu başa düşəcək”.

Qeyd edək ki, İtaliya KİV-ləri Sarrinin Ronaldoya istirahət vermək fikrində olduğunu yazıb.

Əlavə edək ki, portuqaliyalı hücumçu bu mövsüm A seriyasında 24 oyun keçirib və 23 qol vurub.

 


Etiketlər:  Ronaldoya istirahət lazımdır Sarrinin cavabı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ