Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 21:15
Uşaqların stomatoloqa ilk səfəri çox məsuliyyətli və vacib hadisə olduğundan haqlı olaraq valideynlərdə və uşaqlarda həyəcan hissi yaradır. Müalicə müayinə zamanı uşaqların dəcəlliyi iş prosesinin keyfiyyətini aşağı salır.
Bunu stomatoloq-ordodont Sadiq Qasımov açıqlayıb. Sonxeber.net e-tibb.az-a istinadən onun bu barədə məqaləsini təqdim edir:
Uşaqların müalicə və müayinəsini ertələmək və ya gecikdirmək dişlərdə kariyesin inkişafı nəticəsində çürüməyə başlayan iltihab ocaqları yarada və çox ciddi problemlərə (fleqmon, absçess) səbəb ola bilər.
Yaxşı olar ki, uşaqları stomatoloqla tanış etməyə diş ağrıları özünü göstərəndən daha əvvəl başlayasınız. Bu halda stomatoloqu ziyarət etmək uşaqlar üçün yeni, həyəcanlı bir macəra kimi görünəcək. Uşaqlar doğularkən həkim qorxusu ilə doğulmurlar və əgər siz onları 1-2 yaş aralığında stomatoloqla tanış edib ona rəğbət hissi yarada bilsəniz gələcəkdə həkimlə bağlı istənilən çətinliklərdən yan keçmiş olarsınız.
İmkan verməyin ki, stomatoloqun yanında uşaqlar sizin də həyəcanlı olduğunuzu anlasınlar. Səs tonunuzdan, baxışınızdan, güclü həyəcanınızdan və s. Dolayı uşaqların bunu hiss etməsi onlarda panika yaratmış olur və müayinə müalicə prosesi ləngiməklə yanaşı daha az keyfiyyətli olur.
Məsələn: Uşaqlara "Qorxma!" deməklə onları daha da çox qorxudursunuz. Uşaqları ilhamlandırın, sakit tonla onlara böyüklərin də stomatoloqa getdiyini deyin, öz dişlərinizi göstərərək onların nə qədər sağlam olması haqqında danışın və uşaqlarda stomatoloqa qarşı sevgi və dost mühasibəti yaratmağa çalışın.
Uşaqları stomatoloqun yanına onların ruh halının yüksək, tox, yuxusu almış vəziyyətdə aparmağınız daha məqsədəuyğun sayılır. Çalışın müayinə müalicə seansı qısa vaxt aralığında olsun. Bir yerdə çox oturmaq uşaqlara darıxdırıcı gələ bilər.
Sonda belə bir nəticəyə gəlmək olar ki, bu prosesdə əsas məsuliyyət valideynlərin və stomatoloqların üzərinə düşür və hazırlıqlı olmaq sonda gözəl nəticələrə gətirib çıxaracaq!