Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yatmazdan əvvəl aspirin içmək infarkt riskini azaldır

Yatmazdan əvvəl aspirin içmək infarkt riskini azaldır

Tarix: 27 Iyun 2020 22:36

Beynəlxalq kardioloqlardan ibarət qrup hər gün yatmazdan öncə aspirin qəbul etməyin ürək tutmaları riskinə təsirini araşdırıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, tədqiqatda aspirin qəbul edən ürək-damar xəstələri iştirak edib. Onlar 90 gün aspirini səhərlər qəbul ediblər, 90 gün isə yatmazdan əvvəl.

Bu xəstələrin hər həftə təzyiqləri ölçülüb, 3 aydan ir qan analizləri götürülüb. Xüsusilə trombositlərin göstəricilərinə diqqət yetirilib. Çünki onlar trombun əmələ gəlməsinə səbəbdir.

Nəticələr göstərib ki, aspirin bu xəstələrdə trombositlərin birləşməsinə mane olub ki, bu da tromb, infarktın qarşısını alıb.


Etiketlər:  Yatmazdan əvvəl aspirin içmək infarkt riskini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ