Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 22:06
Çili bibərinin istehlakı insan həyatını 12-14% uzatmağa yardım edə bilər.
Alimlərin fikrinə görə, çilinin qidalanmada müntəzəm olaraq olması xərçəng, ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə bağlı olan ölüm riskini azaldır.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, bunu Harvard Universiteti alimləri araşdırıblar.
Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın qidalanma və sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar.
Araşdırmanın müəllifləri aşkar ediblər ki, çili istehlak edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.