Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir?

Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir?

Tarix: 29 Iyun 2020 05:30

Müvəqqəti vergi rejimi ilə bağlı bütün güzəştlər və vergi tətilləri 2021-ci il yanvarın 1-dən ləğv ediləcək.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Anar Bayramov bildirib.

Onun sözlərinə görə, mikrosahibkarlıq subyekti olan vergi ödəyicisi üçün sadələşdirilmiş vergi dərəcəsinin faiz dərəcəsi 2-dən 1-ə endirilsə də, 2021-ci il yanvarın 1-dən həmin vergiödəyiciləri sadələşdirilmiş vergini 2 faizlik vergi dərəcəsi ilə hesablayacaqlar.

A.Bayramov, həmçinin müvəqqəti vergi rejimi tətbiq edilən vergi ödəyicilərinin digər vergi öhdəliklərində güzəştinin nəzərdə tutulması məsələsinə də aydınlıq gətirib: "Vergi Məcəlləsinə əlavə edilən 222.6-cı maddəyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin şamil edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. Məsələn, hazırlıq kursunun təşkili ilə məşğul olan vergiödəyicisi dividend əldə edərkən hər hansı güzəşt nəzərdə tutulmur və ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi hesablanmalıdır".


Etiketlər:  Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ