Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

139 obyektdə sanitar-epidemioloji tələblər pozulub

139 obyektdə sanitar-epidemioloji tələblər pozulub

Tarix: 29 Iyun 2020 15:48

Bakı. Trend:

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 25-də keçirdiyi növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Əli Səmədova məxsus “Ət mağazası”nda, Elçin Qaracayevə məxsus “İsti çörək” pərakəndə ticarət obyektində, Yasamal rayonunda Çapay Quliyevə məxsus “Quru meyvə” mağazasında, Elşən Şirinova məxsus “Market”də, Xətai rayonunda “İlkin market”də, Akif Hüseynova məxsus “Ərzaq mağazası”nda, Vüsal İmanova məxsus “Gül dükanı”nda, Səbail rayonunda “Səki Market”də, Murad Əzimova məxsus “Quru meyvə” mağazasında, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Boya dünyası”, “Combi plas”, “Ariston” mağazalarında, Xəyyam Xəlilova, Elşad Məmmədova, Nailə Bağırovaya məxsus “İstilik sistemləri” pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində Vəfa Hüseynovaya məxsus ərzaq mağazasında, Xaliq Hüseynova məxsus avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında, Astara rayonunda “Rəşad Market”də, Aygül Əliyevaya məxsus “Ərzaq Mağazası”nda, Bəxtiyar Şahçuradova məxsus “Dəftərxana ləvazimatları” mağazasında, İsmayıllı rayonunda “Xan Market”də, “Fərid Market”də, “Kakao Şirniyyat Evi”ndə, Natiq Rüstəmova məxsus “Kafe”də, Balakən rayonunda Sara Hacıyevaya məxsus dərzi sexində, Füzuli rayonunda Teymur Süleymanova məxsus “Market”də, Zaur Baxışova məxsus “Kafe”də, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Bərdə rayonunda “Avropa qapıları”, “Polad oboy aləmi”, “Papatya mebel” mağazalarında, “Fəxri market”də, “Qarabağ telecom” və “Orxan telecom”da, Quba rayonunda "Şahdağ kursları” təhsil xidməti obyektində, "Mahir Fast Food" ictimai iaşə xidməti obyektində, "Sərin restoranı”nda, ümumilikdə monitorinq keçirilmiş 314 obyektdən 139-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 29-dək monitorinq aparılmış 8484 sahibkarlıq subyektindən 3715-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.


Etiketlər:  obyektdə sanitar epidemioloji tələblər pozulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ