Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkətlər reklam boykotu elan etdi — Zukerberq 7 milyard dollar itirdi

Şirkətlər reklam boykotu elan etdi — Zukerberq  7 milyard dollar itirdi

Tarix: 30 Iyun 2020 21:16

Bir sıra şirkətlərin sosial şəbəkələrdə reklam yerləşdirməsini dayandırması Feysbuk şirkətinin rəhbəri Mark Zukerberqə baha başa gəlib - təxminən 7,2 milyard ABŞ dolları.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Coca-Cola, Verizon, Unilever və bir sıra iri korporasiyalar Feysbuk və ona aid platformalarda reklam yerləşdirilməsinin dayandırılmasını bəyan ediblər. Aksiyanı Amerikanın nüfuzlu hüquq müdafiə təşkilatları dəstəkləyib.

Reklam boykotu platformanın irqçilik və zorakılıq kimi mövzularda paylaşımların nizamlanmamasına görə baş verib.

Unilever-in sosial şəbəkə platformalarında reklam yerləşdirməsini boykot etməsindən sonra şirkətin səhmləri 8,3% azalıb.

Bloomberg milyarderlərinin reytinqinə əsasən, Zukerberqin aktivlərinin ümumi dəyəri 7,21 milyard ABŞ dolları azalıb və hazırda 82,3 milyard ABŞ dolları təşkil edir.

Milyarderlərin ilk üçlüyünə Zukerberqin əvəzinə LVMH (Louis Vuitton Moet Hennessy) şəbəkələrin baş direktoru Bernar Arno daxil olub.

Qeyd edək ki, Bernar Arnodan əlavə, həmin üçlükdə texnologiya şirkətlərin başçıları Ceff Bezos və Bill Qeyts yer alıb.


Etiketlər:  Şirkətlər reklam boykotu elan etdi Zukerberq milyard dollar itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ