Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bill Gates koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı

Bill Gates koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı

Tarix: 30 Iyun 2020 22:56

Texnologiya nəhəngi Microsoft şirkətinin qurucusu Bill Geyts CNN-də koronavirusa qarşı hazırlanan peyvənddəki qüsurlar haqqında danışdı.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, iş adamının sözlərinə görə, hazırda alimlər tərəfindən hazırlanan peyvəndin əsas məqsədi yalnız xəstəliyə yoluxan insanları sağaltmaq deyil, həm də infeksiyasının yayılmasının qarşısını almaqdır.

O bildirib ki, hazırlanan peyvəndlərin heç biri virusun yayılmasının qarşısını ideal şəkildə ala bilməz: "Peyvəndin koronavirusdan sağaldacağına zəmanət verilmir".

Eyni zamanda, o, bədənin xəstəliyə qarşı immun reaksiyasının effektivliyinin son dərəcə yüksək səviyyədə olduğunu qeyd edib. Geytsin fikrincə, insan orqanizmi tərəfindən hazırlanan immunitet koronavirusdan onu ən azı bir il qoruya bilər.


Etiketlər:  Bill Gates koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ