Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı barədə açıqlama verdi: ''40 dəqiqə sonra...''

TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı barədə açıqlama verdi: ''40 dəqiqə sonra...''

Tarix: 2 Iyul 2020 14:14

Ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bunu APA-nın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya ("buzlu şüşə"), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub: "Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib".

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.


Etiketlər:  TƏBİB AzTV koronavirusdan ölən əməkdaşı barədə açıqlama verdi dəqiqə sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ