Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

Tarix: 2 Iyul 2020 17:03

Bakı. Trend:

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, sözü gedən vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.


Etiketlər:  Tibbi maska respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı


RƏYLƏR