Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft, avqust ayında Xbox Lockhart konsolunu təqdim edə bilər

Microsoft, avqust ayında Xbox Lockhart konsolunu təqdim edə bilər

Tarix: 2 Iyul 2020 23:16

Microsoft şirkətinin üzərində işlədiyi iki yeni konsolundan biri olan Xbox Lockhart avqust ayında təqdim edilə bilər. Sirli konsol haqqında hələlik məlumat yoxdur.

Dünya şöhrətli proqram nəhəngi Microsoft yeni nəsildə iki yeni konsolun təqdimatına hazırlaşır. Onların arasında, ilk və hər kəsin bildiyi Xbox Series X-dir, digər model isə Xbox Lockhart olacaq.

"Eurogamer" və "Tom Philips" şirkətinin məlumatına görə, yeni konsol avqust ayında təqdim olunacaq.

Bundan əlavə konsol haqqında məlumat yoxdur. Bundan öncə çıxan xəbərlərə baxsaq, Lockhart'ın Series X ilə oxşar prosessor, SSD və RAM'ın olacağını bilirdik. Qalan xüsusiyyətlər hələdə aydın deyil.

Milli.Az


Etiketlər:  Microsoft avqust ayında Xbox Lockhart konsolunu təqdim edə bilər


RƏYLƏR