Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi 5% yüksəlib

Tarix: 3 Iyul 2020 13:36

"Strategy Analytics" tədqiqat şirkəti smartfonlar üçün qlobal akkumulyatorlar bazarında artım qeydə alınması haqqında məlumat verib. 2020-ci ilin birinci rübünün nəticəsinə görə, mobil telefonlar üçün batareya satışından 1,5 milyard dollar gəlir əldə edilib ki, bu da bir il əvvələ nisbətən 5% çoxdur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Amperex Technology Ltd" şirkəti smartfon akkumulyatorlarının satış həcminə görə liderdir, onun bazar payı 36,5% səviyyəsində qiymətləndirilir. Reytinqin ikinci və üçüncü pillələrində müvafiq olaraq Cənubi Koreyanın "LG Chem" və "Samsung SDI" şirkətləri yerləşiblər.

 

"Strategy Analytics" şirkətinin icraçı direktoru Styuart Robinson, öz növbəsində, xəbərdarlıq edib ki, "COVID-19" pandemiyası fonunda smartfonların istehsalında və tədarükündə ləngimələr sözügedən bazara mənfi təsir göstərəcək. Gəlir əldə etmək üçün akkumulyator tədarükçüləri smartfon istehsalçılarına qabaqcıl modellər üçün fərdi dizaynda hazırlanmış batareyalar təqdim edəcəklər.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonlar üçün akkumulyatorların rüblük satış həcmi yüksəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ