Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klopp məşqçilik karyerasını erkən başa vurur? – Açıqlama

Klopp məşqçilik karyerasını erkən başa vurur? – Açıqlama

Tarix: 4 Iyul 2020 15:18

“Liverpul”un baş məşqçisi Yurgen Klopp uzun müddət futbolda çalışmayacağını açıqlayıb.

Qolaz-ın məlumatına görə “Mirror” nəşrinə müsahibəsində alman mütəxəssis məşqçilik karyerasını erkən başa vuracağına işarə edib.

“Liverpul”u 30 illik fasilədən sonra çempion edən 53 yaşlı Kloppun klubla 2024-cü ilin yayına kimi müqaviləsi var. O deyib: “33 yaşımda məşqçiliyə başladım. Həmin gün demişdim ki, bu sahədə 25 il işləyəcəyəm. “Mainz”də 7,5 il, “Borussiya”da 7 il işlədim. “Liverpul”la müqaviləm başa çatanda 23,5 ili tamamlayacağam. 70 yaşıma qədər işləmək fikrim yoxdur”.

Bu gün üçün karyerasını bitirməyi düşünmədiyini deyən Klopp bildirib: “Ümid edirəm ki, bir vaxt mən “bu işi sevərək gördüm, indi başqalarını izləmək istəyirəm. Hamınıza uğurlar. Sizi sevirəm, amma futbola görə məni axtarmayın” sözlərini deyə biləcəyəm”.

 


Etiketlər:  Klopp məşqçilik karyerasını erkən başa vurur Açıqlama


RƏYLƏR