Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 15:57
"Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar "qızıl orta"ya riayət etməlidir".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.
O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.
"Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur", - deyə, həkim izah edib.
O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın "təmizlənməsində" məqbul moderativliyə riayət etməyə çağırıb.