Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

Tarix: 5 Iyul 2020 12:00

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 28 606 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 706 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 484 nəfər koronavirusdan ölüb, 11 824 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ