Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 08:15
Bakı. Trend:
İsmayıllıda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 162 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlaması, yaxınlıqda dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlaması, ümumi sahəsi 90 m² olan talvarın taxta atmaları 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.