Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 08:16
"Samsung" şirkəti sentyabrın əvvəlində planlaşdırılmış "IFA 2020" sərgisində iştirakdan imtina edib. Bu haqda Cənubi Koreyanın "Korea Herald" nəşri məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Samsung"un nümayəndələri hələ ki rəsmi bəyanatla çıxış etməyiblər, amma insayderlərin məlumatına görə, Cənubi Koreyanın texnologiya nəhəngi davam edən "COVID-19" pandemiyasına görə kütləvi tədbirlərdə iştirak planını yenidən nəzərdən keçirib.
Xatırladaq ki, "Samsung" şirkəti 1991-ci ildən etibarən mütəmadi olaraq Berlində keçirilən "IFA" sərgisində iştirak edir. Ötən il şirkət sərgidə "Galaxy A90 5G" smartfonunu nümayiş etdirmişdi.