Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişi, sponsor tapmaq mənim üçün iki vur ikidir''

''Kişi, sponsor tapmaq mənim üçün iki vur ikidir''

Tarix: 7 Iyul 2020 19:05

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi qadın-kişi münasibətindən söz açıb. Pərvin ünvanına yazılan "Azərbaycanda kişilərin 90 faizi sizi arzulayır" sözlərinə belə reaksiya verib:

"Gözəl vurğuladınız, kişi axtarmıram. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox. Ona görə də bu cür cümlələr qurmayın: özünə kişi, sponsor axtarır. İnanın ki, bu mənim üçün iki vur ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona nəsə etmişəm, pul xərcləmişəm. Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir".

Aktrisa ona özündənrazı deyənlərə isə əsəbiləşib:

"Özümdən razı olacaq səbəblərim çoxdur. Allah bir insana lazım olan hər şeyi mənə verib, əsirgəməyib: gözüm, ağzım, burnum, qaşım yerindədir. Niyə də özümdən razı olmayım?".


Etiketlər:  Kişi sponsor tapmaq mənim üçün ikidir


RƏYLƏR