Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 13:56
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 8-də 44,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.