Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tesla'' şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək

''Tesla'' şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək

Tarix: 9 Iyul 2020 21:28

ABŞ-ın "Tesla" şirkəti yaxın zamanlarda tam avtomatlaşdırılmış texnologiyalı avtomobl istehsal edəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu şirkətin rəhbəri İlon Mask Ümumdünya Süni İntellekt Konfransının açılışında deyib.

Onun sözlərinə görə, "Tesla" həmin texnologiyanın funksionallığına 2020-ci il ərzində nail ola biləcək. Hazırda şirkət avtopilot funksiyalı genişləndirilmiş avtomat sistemli avtomobillər istehsal edir.

İ.Mask əlavə edib ki, "Tesla" yeni soyutma sistemi üzərində işləyir, bu sistem avtomobillərdə daha təkmil kompüterlərdən istifadəyə icazə verəcək.


Etiketlər:  Tesla şirkəti avtomatlaşdırılmış avtomobil istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ