Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb

Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb

Tarix: 10 Iyul 2020 10:33

"Canalys" şirkəti ilin ikinci rübündə dünya fərdi kompüterlər bazarı üzrə aparılan tədqiqatın nəticələrini açıqlayıb. Koronavirusun yayılması və özünütəcrid şəraitində sahədə əhəmiyyətli artım qeydə alınıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, açıqlanan məlumatlarda fərdi və portativ kompüterlərin, eləcə də işçi və mobil stansiyaların satışı nəzərə alınıb. Planşetlər isə nəzərə alınmayıb.

 

Qiymətləndirməyə görə, aprel-iyunda qlobal miqyasda 72,9 milyon fərdi kompüter satılıb. Bu, tədarük həcminin 66,9 milyon ədədə bərabər olduğu 2019-cu ilin ikinci rübü ilə müqayisədə 9 faiz çoxdur. Beləliklə, bazarda 2010-cu ilin üçüncü rübündən ən çox artım müşahidə edilib.

 

Bildirilir ki, sahədə artım əsasən noutbuklar sayəsində qeydə alınır: illik hesablamada noutbuk və mobil iş stansiyalarının tədarükü 24 faiz artıb, fərdi kompüter və masaüstü iş stansiyalarının satışı isə 26 faiz azalıb.

 

İkinci rübün yekunları üzrə bazarın lideri 24,8 faiz paya sahib çıxan "HP" şirkəti olub. İkinci yerdə 23,9 faiz nəticə ilə "Lenovo" qərarlaşıb. Liderlər üçlüyünü 16,5 faiz payla "Dell" tamamlayıb. Sonrakı mövqelərdə müvafiq olaraq 7,3 və 6,8 faiz payla "Apple" və "Acer" yer alıb.

 

Nizam Nuriyev




Etiketlər:  Dünya fərdi kompüterlər bazarında artım qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ