Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 17:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, təcili yardım xidmətinin üzərinə düşən yükün azaldılması üçün təqribən 2 həftə əvvəl COVİD xəstələrinin ev şəraitində müalicəsi məsələsinə baxılııb.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 89 poliklinika əsasında 39 COVİD məntəqəsi yaradilib: “Bu məntəqələrə gün ərzində 700-800 müraciət edilir. Əvvəl bu çağırışların əksəriyyəti təcili yardımın üzərinə düşürdü, indi isə bu yük bir qədər azaldılıb. Düşünürəm ki, müəyyən müddətdən sonra təcili yardımla bağlı çağırışlarda gecikmələrlə üzləməyəcəyik”.