Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 18:20
Epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq sərt karantin rejiminin tətbiq edildiyi rayonların bəziləri siyahıdan çıxarıla bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq bu siyahıya başqa rayonlar da əlavə edilə bilər: "Bu, rayonlardakı vəziyyətdən asılıdır. Karantin elan olunmayan ərazilərdə epdemioloji vəziyyət nəzarət altındadır. Digər rayonlarda da vəziyyət idarə olunan olsa, karantin siyahısından çıxarıla bilər".