Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 16:30
COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.
"Bədənin tükənməsi səbəbindən bu insanlar üçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq", - deyə, o əlavə edib.
Bundan əvvəl bildirilmişdi ki, o, koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluq yarana bilər. Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır.